AZ

AVRO-2024: Türkiyə millisi Portuqaliyaya uduzub - YENİLƏNİB

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində daha bir oyunu baş tutub. 

Adalet.az-ın məlumatına görə, F qrupunun II turunda Türkiyə millisi Portuqaliya ilə üz-üzə gəlib. 

Qarşılaşma "ay-ulduzlular"ın məğlubiyyəti ilə bitib - 0:3. 

Qolları 21-ci dəqiqədə Bernardu Silva, 29-cu dəqiqədə Samet Akaydın (öz qapısına), 56-cı dəqiqədə Brunu Fernandeş vurub. 

Türkiyə ilk matçda Gürcüstana (3:1), Portuqaliya isə Çexiyaya (2:1) qalib gəlmişdi. 

Portuqaliya yığması xallarının sayını altıya çatdırıb və 1/8 finala vəsiqəni təmin edib. Türkiyə millisi üç xalla ikinci pillədə qərarlaşıb. Gürcüstan və Çexiyanın hərəyə bir xalı var.

 

***21:23

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II turun Türkiyə - Portuqaliya matçında üçüncü qol vurulub. 

Adalet.az-ın məlumatına görə, Brunu Fernandeş 56-cı dəqiqədə növbəti dəfə "ay-ulduzlular"ı məyus edib. 

Hazırda Portuqaliya komandası 3:0 hesabı ilə öndədir.

 

***21:07

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II turun Türkiyə - Portuqaliya matçında ikinci hissə başlayıb.

Adalet.az-ın məlumatına görə, "ay-ulduzlular" hazırda məğlub durumdadır - 0:2. 

21-ci dəqiqədə Bernardu Silva hesabı açıb. 29-cu dəqiqədə Samet Akaydın avtoqol müəllifi olub.

***20:47

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II turun Türkiyə - Portuqaliya matçında ilk hissə başa çatıb. 

Adalet.az-ın məlumatına görə, "ay-ulduzlular" hazırda məğlub durumdadır - 0:2. 

21-ci dəqiqədə Bernardu Silva hesabı açıb. 29-cu dəqiqədə Samet Akaydın avtoqol müəllifi olub.

 

***20:33

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II turun Türkiyə - Portuqaliya matçında daha bir qol vurulub. 

Adalet.az-ın məlumatına görə, "ay-ulduzlular"ın heyətində Samet Akaydın 29-cu dəqiqədə avtoqol müəllifi olub. 

Portuqaliya komandası hazırda 2:0 hesabı ilə öndədir.

 

***20:23

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II turun Türkiyə - Portuqaliya matçında hesab açılıb. 

Adalet.az-ın məlumatına görə, portuqaliyalı Bernardu Silva 21-ci dəqiqədə fərqlənib.

20:01

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II turun daha bir oyunu başlayıb.

Adalet.az-ın məlumatına görə, Türkiyə - Portuqaliya matçı Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

Qarşılaşmanı almaniyalı Feliks Şvayer idarə edir.

Qeyd edək ki, Türkiyə ilk matçda Gürcüstana (3:1), Portuqaliya isə Çexiyaya (2:1) qalib gəlib.

F qrupunda II turun bu gün baş tutan Gürcüstan - Çexiya matçında qalib müəyyənləşməyib - 1:1.

AVRO-2024 iyulun 14-də başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
14
adalet.az

10Mənbələr