EN

"Bavariya"dan 59 milyon avroluq transfer

"Kristal Pelas"ın futbolçusu Maykl Olise karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Bavariya" fransalı vingeri transfer etməyə yaxındır. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Münhen klubu 22 yaşlı futbolçu üçün 59 milyon avro ödəyəcək. Fransa millisinin üzvü "Bavariya" ilə 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, "Kristal Pelas" Maykl Oliseni 2021-ci ilin yayında "Ridinq"dən transfer edib. Gənc futbolçu bu mövsüm Şimali London təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
57
19
sportal.az

10Sources