AZ

18 yaşlı futbolçuya görə 40 milyon ödəyəcəklər

“Tottenhem” tezliklə “Lids”in yarımmüdafiəçisi Arçi Qreyin transferini elan edəcək. SİA xəbər verir ki, insayder Fabritsio Romanonun sözlərinə görə, klublar artıq müqavilənin şərtlərini razılaşdırıblar. London klubu 18 yaşlı futbolçu üçün qarşı tərəfə 40 milyon funt-sterlinq ödəyəcək.

Mənbə onu da qeyd edir ki, “Lids” 10 milyon funta “Tottenhem”dən mərkəz müdafiəçisi Co Rodonu alacaq.

Qeyd edək ki, “Transfermarkt” Qreyin dəyərini 18 milyon avro qiymətləndirir. 2023/2024 mövsümündə o, 52 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
1
sia.az

10Mənbələr