Bu barədə Mətbuat.az-a danışan siyasi politoloq Mübariz Göyüşlü bildirib ki, Fransanın Ermənistanı silahlandırması bölgədə gərginliyi artıran bir məsələdir:"Dəfələrlə istər Azərbaycanı, istərsə də, Cənubi Qafqazın qonşu ölkələrinin - Türkiyənin, Rusiyanın xəbərdarlıqlarına baxmayaraq, Fransa və Ermənistanın əlaqələri hərbi müstəvidə davam edir. Ermənistanın sözlərinə görə, bu, müdafiə məqsədi güdür, amma sonuncu artilleriya qurğularının alınması ilə bağlı danışıqlardan sonra bəlli oldu ki, yardım müdafiə xarakteri daşımır, hücum xarakteri daşıyır. Fransanın bu addımı Ermənistanı fəlakətə aparır. Nə Paşinyanı, nə də onun komandasının üzvlərini Ermənistan xalqı düşündürmür. Buna görə də, onlar bu əlaqələri davam etdirirlər".
Məsumə Məmmədli / Metbuat.az