Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərindəİdarəetmə Mərkəzinə, Zaqatala rayonunun Katex kəndindəyol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasediciköməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədarFHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetməqüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “İveco”markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobilitoqquşub və 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdəqalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyitinəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvilverilib.