AZ

“Mercedes”markalı iki minik avtomobili toqquşdu; yaralı var

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Masallı rayonunun Qəriblər kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. 

Fövqəladə Hallar Nazirliyindən Avtosfer.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

    Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı iki minik avtomobili toqquşub və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

    Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəqliyyat vasitəsindən 1 nəfər yaralı vəziyyətdə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

     

    Bütün xəbərləri reklamsız oxumaq üçün

    Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

    Seçilən
    28
    5
    avtosfer.az

    10Mənbələr