Argentina millisinin 36 yaşlı hücumçusu Lionel Messi yığmadakı karyerasından danışıb.
QOL.az "RMC Sport"a istinadən xəbər verir ki, forvard hazırkı Amerika Kubokunun onun üçün sonuncu olacağını deyib: “Bu, iştirak etdiyim sonuncu Amerika Kubokudur. Bəli.
2026-cı il dünya çempionatında iştirakdan danışırıqsa, bu, işlərin necə getməsindən asılıdır. Hazırda məndə hər şey qaydasındadır”.
Xatırladaq ki, növbəti Amerika Kubokunun 2028-ci ildə keçirilməsi planlaşdırılır.
Bu gün 2024-cü il Amerika Kubokunun qrup mərhələsinin 1-ci turunun oyunu keçirilib və Argentina millisi Kanadaya 2:0 hesabı ilə qalib gəlib.
Bizi Facebookda izləyin