AZ

Messi Amerika rekordunu təkrarlayıb

Lionel Messi ABŞ-da təşkil olunan Amerika kubokunda ilk qolunu vurub.

TEMPİNFO xəbər verir ki, Argentina millisinin kapitanı Kanada ilə yarımfinal görüşündə fərqlənib.

Bu, 37 yaşlı hücumçunun qol vurduğu 6-cı Amerika kubokudur. O, 2007, 2015, 2016, 2019, 2021 və 2024-cü ildəki yarışlarda fərqlənib.

Messi bununla da turnirin rekordunu təkrarlayıb. O, 6 turnirdə qol sevinci yaşayan Zizinyoya çatıb. Braziliyalı 1942, 1945, 1946, 1949, 1953 və 1957-ci illərdə keçirilən Amerika kubokunda fərqlənib.

Qeyd edək ki, Argentina Kanadaya 2:0 hesabı ilə qalib gəlib.

TEMPİNFO

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
2
tempinfo.az

10Mənbələr