AZ

Ronaldu, yoxsa Messi?

"Al-İttifaq"ın baş məşqçisi və "Liverpul"un keçmiş məşhur futbolçusu Stiven Cerrard Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunu və Argentina millisinin hücumçusu Lionel Messini müqayisə etdi.
 
S.Cerrard deyib: "Həm Kriştianu, həm də Messi futbolda inanılmaz hekayələri olan inanılmaz oyunçulardır. Ronaldo əla fərdi bombardirdir, Messi isə daha mükəmməl komanda oyunçusudur. Mən onların arasında seçim edə bilmirəm, onlar hər ikisi əfsanədir".
 
Xatırladaq ki, Avro-2024-də Ronaldo Portuqaliya millisinin tərkibində 1/8 finala qədər yüksəldi, burada penaltilər seriyasında İspaniya millisəinə məğlub oldu. Messi hazırda Argentina millisinin tərkibində Amerika Kubokunda çıxış edir. İyulun 10-da komanda Kanada millisi ilə oynayacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
2
moderator.az

10Mənbələr