EN

Fransa hələ də Azərbaycanın qələbəsini həzm edə bilmir - ŞƏRH

Bakı. Trend:

Azərbaycan uzun illərdir Fransanın məkirli siyasətindən əziyyətçəkir. Bu gün də Fransa bu məkirli siyasətini davam etdirərəkErmənistanı silahlandırmaqla regionda gedən sülh prosesinətəhdidlər yaradır.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O bildirib ki, ümumiyyətlə terrora dəstək Fransa siyasətininəsas istiqamətlərindən birini təşkil edir.

"Təəssüflər olsun ki, Fransa terrorçuluq siyasətindən əl çəkməkniyyətində deyil. Biz hər zaman Fransanın Azərbaycana qarşı qərəzlivə riyakar siyasətinin şahidi olmuşuq. İstər 30 illik erməni işğalıdövründə, istər vətən müharibəsi, istərsə də sonrakı dövrdə FransaAzərbaycana qarşı qərəzli siyasət aparıb. 44 günlük Vətənmüharibəsində Azərbaycanın tarixi Zəfərindən sonra Fransanınölkəmizə qarşı siyasəti daha da aqressivləşib. Görünür Fransa hələdə Azərbaycanın qələbəsini həzm edə bilmir və o üzdən Ermənistanısilahlandırmaqla regionda sabitliyi pozmağa cəhd edir. LakinFransanın bu cəhdləri əbəsdir. Azərbaycan qüdrətli ölkədir və güclüordusu var. Azərbaycan hər zaman ölkəmizə qarşı istəniləntəxribatın və təhdidin qarşısını layiqincə almağa hazırdır.Azərbaycan heç zaman kənar qüvvələrin regionda müdaxilə etməsinəimkan verməyib və bundan sonra da verməyəcək.

Yaxşı olardı ki, Fransa regionumuzda proseslərə müdaxilə etməkəvəzinə öz qaranlıq tarixinə diqqət yetirsin, ölkəm daxilində başalıb gedən problemlərin, polis zorakılığının, demokratiya və insanhüquqların pozuntusunun qarşısını alsın. Fransanın tarixdətörətdiyi terror hadisələri, müstəmləkəçilik siyasəti hər kəsəyaxşı məlumdur. Afrikada Fransanın törətdiyi terror əməlləri, ocümlədən Fransanın iradəsinə tabe olmayan siyasətçilərin fikiziməhv edilməsi Fransa tarixinin qara ləkəsidir”, - deyə deputatbildirib.

Hərbi ekspert Ramil Şərifov isə bildirib ki, FransanınErmənistanı silahlandırmaq siyasəti sülh prosesinə mane olur.

"Bu hal Ermənistanın sülh sazişi imzalamaq istiqamətindəfəaliyyətinə müsbət təsir edə bilməz. Bu bölgədə vəziyyətingərginləşməyinə xidmət edir. Fransanın Ermənistanı öldürücü vəhücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilətəchiz etməsi buna əyani sübutdur. Ermənistana əlavə silahlarvermək rəsmi Paris tərəfindən son dərəcə məsuliyyətsiz bir işdir.Fransa ermənilərin əli ilə Cənubi Qafqazı yenidən qarışdırmaqistəyir.

Lakin Ermənistan bilməlidir ki, Fransanın təxribatlarınagetməməlidir. Yoxsa ən sərt şəkildə Azərbaycan Ordusu tərəfindəncəzalandırılacaq. Bu gün Azərbaycan Ordusunun gücü bütün dünyaölkələrinə məlumdur. Bu gün qalib Azərbaycan diktə edən tərəfdir.Azərbaycanın sülh təklifi Ermənistan üçün son şansdır", - deyə oqeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
143
50
az.trend.az

10Sources