"Real Madrid"in yarımmüdafiəçisi Arda Gülər karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Milli.Az Offsideplus.az-a istinadən bildirir ki, "Liverpul" türk yarımmüdafiəçini almaqda maraqlıdır.
Xatırladaq ki, Gülər ötən mövsümün ilk yarısını müxtəlif zədələrə görə buraxsa da, sonradan La Liqada keçirdiyi 10 matçda 6 qol vurmağı bacarmışdı. Yarımmüdafiəçinin növbəti mövsümdə əsas heyətdə daimi yer tutacağına zəmanət verilmir, buna görə də "Liverpul" matç təcrübəsinin zəmanəti ilə Ardanı heyətinə cəlb edə bilər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun