"Real Madrid"in yarımmüdafiəçisi Arda Gülər ​​karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, "Liverpul" türk yarımmüdafiəçini almaqda maraqlıdır.

Xatırladaq ki, Gülər ​​ötən mövsümün ilk yarısını müxtəlif zədələrə görə buraxsa da, sonradan La Liqada keçirdiyi 10 matçda 6 qol vurmağı bacarmışdı. Yarımmüdafiəçinin növbəti mövsümdə əsas heyətdə daimi yer tutacağına zəmanət verilmir, buna görə də "Liverpul" matç təcrübəsinin zəmanəti ilə Ardanı heyətinə cəlb edə bilər.