EN

Dövlət İmtahan Mərkəzi test imtahanı keçiriləcək

23 iyun 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən, Aqrar Sığorta Fondunun keçirdiyi təlimləri müvəffəqiyyətlə başa vurmuş namizədlər üçün test imtahanı keçiriləcək. 

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, iştirakçılar "İmtahana buraxılış vərəqəsi"ni buradan çap edə bilərlər.

 

İmtahan DİM-in elektron imtahanlar korpusunda keçiriləcək. Ünvan Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küç., 108.

 

İmtahana qeydiyyat 2024-cü il 14 may - 14 iyun tarixlərində aparılıb və bu müddət ərzində 48 namizəd müraciət edib. 

 

Qeyd edək ki, imtahan saat 10:00-da başlanır. Namizədlər şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 09:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
23
16
azedu.az

10Sources