AZ

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək

Aqrar

Bakı, 21 iyun, AZƏRTAC

İyunun 23-də Dövlət İmtahan Mərkəzi (DİM) aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən, Aqrar Sığorta Fondunun keçirdiyi təlimləri müvəffəqiyyətlə başa vurmuş namizədlər üçün test imtahanı keçirəcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan Mərkəzin elektron imtahanlar korpusunda keçiriləcək (Ünvan Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 108). İmtahan saat 10:00-da başlanacaq. İştirakçılar imtahana buraxılış vərəqəsini DİM-in saytından çap edə bilərlər.

Namizədlər şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 09:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

İmtahana qeydiyyat mayın 14-dən iyunun 14-dək aparılıb və bu müddət ərzində 48 namizəd müraciət edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
16
azertag.az

10Mənbələr