![DİM](https://azertag.az/files/2024/2/1200x630/1719099243109557951_1200x630.jpg)
Bakı, 23 iyun, AZƏRTAC
İyunun 23-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən, Aqrar Sığorta Fondunun keçirdiyi təlimləri müvəffəqiyyətlə başa vurmuş namizədlər üçün test imtahanı keçirilir. İmtahan DİM-in elektron imtahanlar korpusunda (Ünvan Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küç., 108) təşkil edilir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan vermək üçün 48 nəfər qeydiyyatdan keçib.
İmtahan saat 10:00-da başlanacaq. Namizədlər imtahana buraxılış vərəqəsi və şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 09:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.