EN

AVRO-2024: Danimarka - İngiltərə matçında bərabərlik qeydə alınıb

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka - İngiltərə görüşü başa çatıb.

C qrupunun oyununda heç-heçə qeydə alınıb - 1:1.

Matçda hesabı ingilislər açıb. 19-cu dəqiqədə Harri Keyn fərqlənib. 34-cü dəqiqədə isə "status kvo" bəpra olunub. Morten Yulmann adını tabloya yazdırıb.

Qeyd edək ki, qarşılaşmanın UEFA nümayəndəsi həmyerlimiz Könül Mehdiyeva idi.

Chosen
130
6
cbcsport.az

10Sources