AZ

AVRO-2024: İngiltərə Danimarka ilə heç-heçə etdi - YENİLƏNİB

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka - İngiltərə görüşü başa çatıb.

Adalet.az xəbər verir ki, C qrupunun oyununda heç-heçə qeydə alınıb - 1:1.

Matçda hesabı ingilislər açıb. 19-cu dəqiqədə Harri Keyn fərqlənib. 34-cü dəqiqədə isə "status kvo" bərpa olunub. Morten Yulmann adını tabloya yazdırıb.

Qeyd edək ki, qarşılaşmada UEFA nümayəndəsi kimi həmyerlimiz Könül Mehdiyeva təyinat alıb.

***
 

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka - İngiltərə görüşündə ikinci hissə başlayıb.

Adalet.az xəbər verir ki, C qrupunun oyununda fasilədən sonra bərabərlik davam edir - 1:1.

Qeyd edək ki, qarşılaşmanın UEFA nümayəndəsi həmyerlimiz Könül Mehdiyevadır.

20:47

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka - İngiltərə görüşündə birinci hissə başa çatıb.

Adalet.az xəbər verir ki, C qrupunun oyununda tərəflər fasiləyə bərabərliklə yollanıblar - 1:1.

Qeyd edək ki, qarşılaşmanın UEFA nümayəndəsi həmyerlimiz Könül Mehdiyevadır.

20:40

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka - İngiltərə görüşündə ikinci qol vurulub.

Adalet.az xəbər verir ki, C qrupunun oyununda danimarkalılar hesaba tarazlıq gətiriblər.

34-cü dəqiqədə Morten Yulmann fərqlənib.

Qeyd edək ki, qarşılaşmanın UEFA nümayəndəsi həmyerlimiz Könül Mehdiyevadır.

 

***20:27

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka - İngiltərə görüşündə hesab açılıb.

Adalet.az xəbər verir ki, C qrupunun oyununda ingilislər hesabda önə çıxıb.

19-cu dəqiqədə Harri Keyn fərqlənib.

Qeyd edək ki, qarşılaşmanın UEFA nümayəndəsi həmyerlimiz Könül Mehdiyevadır.

 

***20:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka - İngiltərə görüşü start götürüb.

Adalet.az xəbər verir ki, Frankfurt şəhərindəki "Valdştadion"da başlayan C qrupunun oyununu portuqaliyalı beynəlxalq dərəcəli hakim Artur Diaş idarə edir.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
4
adalet.az

10Mənbələr