EN

Bakı-Quba yolunda qəza - Ölən və yaralananlar var

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal" xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, daha 2 nəfər yaralanıb.

Hadisə Sumqayıtda, “Yaşma bağları” adlanan ərazidə qeydə alınıb.

Yük avtomobilinin minik avtomobilinə çırpılması nəticəsində minik avtomobilində olan sərnişin, 1971-ci il təvəllüdlü Lalə Abduləli qızı Hüseynli hadisə yerində ölüb. Daha 2 nəfər - sürücü və sərnişin Mina Aslanova və Könül Babayeva müxtəlif dərəcəli xəsarətlər alıblar. 

Onlar Sumqayıt şəhər xəstaxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Chosen
137
23
unikal.az

10Sources