AZ

Olimpiadada iştirak edən İsrail idmançıları üçün şok qərar

Fransa Olimpiadada iştirak edən İsrail idmançılarını 24 saatlıq mühafizə ilə təmin edəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Fransanın daxili işlər naziri Gerald Darmanin Parisdə keçiriləcək Olimpiada zamanı İsrail idmançılarının 24 saat mühafizə ilə təmin ediləcəyini açıqlayıb.

Həddindən artıq solçu “Yalmaz Fransa” (LFI) partiyasından olan millət vəkili Tomas Portes olimpiadaya İsrail adından qatılan idmançıların Fransada axtarılmadığını bildirib və bu çərçivədə etiraz aksiyası keçirməyə çağırıb.

Darmanin dünən televiziyada yayımlanan müsahibəsində olimpiada zamanı İsrail idmançılarının 24 saat qorunacağını bildirib. 52 il əvvəl Münhendə keçirilən Olimpiadada 11 israilli fələstinli silahlılar tərəfindən öldürülüb.

Fransanın xarici işlər naziri Stefan Sejourne, Brüsseldə həmkarları ilə görüşdə, "Fransa adından olimpiada üçün Fransaya gələn İsrail nümayəndə heyətini salamlamaq istərdim" dedi.

Olimpiada cümə günü geosiyasi gərginliyin artdığı, Ukrayna və Qəzzada davam edən müharibələr səbəbindən təhlükəsizliklə bağlı narahatlıqların artdığı bir vaxtda başlayacaq.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
3
turkustan.az

10Mənbələr