AZ

Olimpiadaya gedəcək İsrail nümayəndə heyətini xüsusi təyinatlılar qoruyacaq

Fransa Jandarma İdarəsinin xüsusi təyinatlıları “GIGN” Olimpiya Oyunları zamanı İsrail nümayəndə heyətini gecə-gündüz qoruyacaq.

“Report” xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanin məlumat verib.

“Mən “GIGN”ə İsrail nümayəndə heyətinin Fransaya gəlişinin ilk saniyəsindən yola salınana qədər, eləcə də israilli idmançıları, hakimləri, olimpiya komitəsinin üzvlərini 24 saat mühafizə etmələri barədə göstəriş vermişəm” ,- deyə o qeyd edib.

“Le Monde” qəzetinin yazdığına görə, Ukrayna nümayəndə heyətini də “GIGN” əməkdaşları qoruyacaq. Hər iki ölkənin nümayəndə heyətlərinin üzvlərini mülki geyimli hərbi qulluqçulardan ibarət kiçik qruplar müşayiət edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
5
musavat.com

10Mənbələr