EN

“NATO Rusiyanın Şimali Koreyaya mümkün yardımından narahatdır”- STOLTENBERQ

NATO Rusiya prezidenti Vladimir Putinin Pxenyana səfərindən sonra Rusiyanın Şimali Koreyanın nüvə və raket proqramlarının inkişafına mümkün yardımından narahatdır.

Azpost.info xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Ottavada Kanada Baş naziri Castin Trüdo ilə görüşdən əvvəl deyib.

“Biz görürük ki, Ukraynadakı müharibədə Şimali Koreya böyük miqdarda sursat təmin edib. Təbii ki, bunun müqabilində Rusiya Şimali Koreyaya nəsə verir və biz dərin narahatıq ki, Rusiyanın onların nüvə və raket proqramlarına dəstək verməsi ehtimalı var”, – Stoltenberq bildirib.

O qeyd edib ki, Rusiya ilə KXDR arasında imzalanmış müdafiə sazişi avtoritar ölkələr arasında həmrəylik nümayiş etdirir, ona görə də demokratik ölkələrin vahid cəbhədə çıxış etməsi vacibdir.

Stoltenberq Çini Rusiya ilə münasibətləri inkişaf etdirdiyinə görə tənqid edib.

Azpost.info

Chosen
57
26
azpost.info

10Sources