EN

Çində güclü yağışın səbəb olduğu torpaq sürüşmələrində 9 nəfər ölüb


Çinin cənubundakı Fucien və Quangdong əyalətlərində güclü yağışın səbəb olduğu torpaq sürüşmələrində ilkin məlumatlara görə 9 nəfər həyatını itirib.

7NEWS.az xəbər verir ki, yerli hökumətdən verilən açıqlamaya görə, Fucien əyalətinin Vuping əyalətində baş verən torpaq sürüşmələrində 4 nəfər həyatını itirib, 2 nəfərin isə xəbəri yoxdur. Vupinqdə iki gün davam edən leysan yağışları nəticəsində 378 ev dağılıb, 880 hektar əkin sahəsinə ziyan dəyib.

7NEWS.az
Chosen
151
41
7news.az

10Sources