EN

Hizbullahdan İsrail hücumlarına cavab: Əsgərlərin toplaşdığı ərazini vurdular

Hizbullah Livanın cənubundan İsrail sərhədində yerləşən qəsəbədəki əsgərlərinin toplaşdığı əraziyə kamikadze pilotsuz uçuş aparatı ilə hücum təşkil etdiyini açıqlayıb. Hücum nəticəsində İsrail əsgərləri arasında ölən və yaralananların olduğu bildirilir.

Turkustan.az xəbər verir ki, Hizbullahın rəsmi telegram hesabından etdiyi açıqlamada bunun İsrailin Livanın Burqaliye qəsəbəsinə dünənki hücumuna qarşılıq olduğu bildirilib.

Açıqlamada, Metula qəsəbəsində İsrail əsgərlərinin toplaşdığı əraziyə kamikadze PUA ilə hücum edildiyi və hücum nəticəsində hədəfin dəqiq vurulduğu vurğulanıb.

İsrail əsgərləri arasında ölən və yaralananların olduğu bildirilsə də, İsrail ordusu hücumla bağlı hələlik açıqlama verməyib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Chosen
78
4
turkustan.az

10Sources