AZ

Israil ordusu Qəzzaya hücum etdi fələstinlilər bayramı ölümlə qarşıladılar

Hurriyyet.az xəbər verir ki,İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah və Qəzza şəhər mərkəzlərinə təşkil etdiyi hücumlarda fələstinlilər ölüb və yaralanıb.

Fələstinin rəsmi agentliyi WAFA-nın məlumatına görə, İsrail döyüş təyyarələri Qəzza şəhərinin mərkəzinə və cənubdakı Rəfah şəhərinə hücumlar həyata keçirib.

Döyüş təyyarələrinin Qəzzanın Əl-Şati Qaçqın Düşərgəsinin qərbində bir evə hücumu nəticəsində ölən və yaralananlar olub.

İsrail döyüş təyyarələrinin Rəfah şəhərinin qərbində yerləşən Tel əs-Sultan rayonunda bir evi hədəf alması nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 15 min 694-ü uşaq, 10 min 279-u qadın olmaqla, 37 min 296 fələstinli həlak olub, 85 min 197 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Seçilən
90
15
hurriyyet.az

10Mənbələr