EN

Bakıda hoteldən oğurluq edilib

Paytaxtın Səbail rayonu ərazisində yerləşən hotellərin birindən 500 avro, dəyəri 280 manat olan qulaqlıq və 2 ədəd bank kartının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsi əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Murad Bayramov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
86
18
seher.media

10Sources