AZ

Bakıda hoteldən oğurluq edildi - 500 avro, dəyəri 280 manat olan qulaqlıq və 2 ədəd bank kartı...

Paytaxtın Səbail rayonu ərazisində yerləşən hotellərin birindən 500 avro, dəyəri 280 manat olan qulaqlıq və 2 ədəd bank kartının oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Musavat.com-a verilən xəbərə görə, Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Murad Bayramov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
18
musavat.com

10Mənbələr