Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının D qrupundakı Avstriya - Fransa oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Fransa yığması hazırda hesabda öndədir - 1:0.
Avstriyalı Maksimilian Vöber 38-ci dəqiqədə avtoqol müəllifi olub.
***
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının D qrupundakı Avstriya - Fransa oyununda ilk hissə başa çatıb.
Fransa yığması fasiləyə öndə yollanıb.
Avstriyalı Maksimilian Vöber 38-ci dəqiqədə avtoqol müəllifi olub.
***
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının D qrupundakı Avstriya - Fransa oyununda hesab açılıb.
Avstriyalı Maksimilian Vöber 38-ci dəqiqədə avtoqol müəllifi olub.
***
AÇ-2024-ün qrup mərhələsinin matçları davam edir.
Günün son matçında Avstriya Fransa ilə qarşılaşacaq.
Matçın start fiti saat 23:00-da veriləcək.
AÇ-2024
D qrupu, 1-ci tur
Avstriya - Fransa
Baş hakim: Jesus Gill Manzano (İspaniya)
Düsseldorf, "Merkur-Spiel Arena".