AZ

AVRO-2024: Avstriya - Fransa matçında hesab açılıb - YENİLƏNİB

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının D qrupundakı Avstriya - Fransa oyununda hesab açılıb.

"Report"un məlumatına görə, avstriyalı Maksimilian Vöber 38-ci dəqiqədə avtoqol müəllifi olub.

***

23:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının D qrupunda daha bir oyuna start verilib.

"Report"un məlumatına görə, Bakı vaxtı ilə saat 23:00-da Avstriya - Fransa matçı başlayıb.

Görüşü ispan Xesus Gil Manzano idarə edir.

Ötən gün bu qrupda Niderland yığması Polşanı məğlub edib - 2:1.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
5
cebheinfo.az

10Mənbələr