EN

Bloger: Sülh sazişi COP29-dan əvvəl imzalana bilər

Azərbaycan və Ermənistan arasında sülh sazişi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) əvvəl imzalana bilər.

Bu barədə bloger Adnan Hüseyn “X”də yazıb.

O bildirib ki, Ermənistan-Azərbaycan sərhədi boyunca demarkasiya olunmuş ərazilərdə tikanlı məftillər çəkilib: “Çətinliklər yaratmağa çalışan bəzi daxili və xarici amillərə baxmayaraq, bu addımlar prosesin müsbət istiqamətdə getdiyini göstərir. Baş verənlər sülhün COP29-dan əvvəl və ya bu müddət ərzində imzalana biləcəyinə dair proqnozları gücləndirir”.

Qeyd edək ki, COP29 noyabr ayında Bakıda keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
311
50
azerforum.com

10Sources