AZ

"Aİ Ermənistan-Azərbaycan münasibətlərinə dəstək verməyə çalışır" - Səfir

Avropa İttifaqı regionda sülhü təmin etmək üçün öz vasitələrindən maksimum istifadə edir. 

"Unikal" xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos qeyd edib.

O, Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlamasına cavabında deyib ki, Aİ həm Ermənistan-Türkiyə, həm də Ermənistan-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə dəstək verməyə çalışır: "O işin səmərəliliyi heç də həmişə 100 faiz olmur, çünki vəziyyət həm də həmin tərəfdaşların davranışından asılıdır. Bununla belə, Aİ regionda kommunikasiyaların və hüquqa əsaslanan beynəlxalq nizamın bərqərar olmasına dəstək vermək üçün maksimum səy göstərir". 

Xatırladaq ki, bundan əvvəl Paşinyan deyib: "Ermənistan Respublikası Aİ-nin mümkün hesab etdiyi qədər Aİ-yə yaxın olmağa hazırdır, lakin hazırda Aİ-nin Ermənistan Respublikasına nə dərəcədə yaxın olmağa və üzvlük məsələsini müzakirə etməyə nə qədər hazır olması sualına cavabım yoxdur". 

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
50
unikal.az

10Mənbələr