AZ

"Ermənistan və Azərbaycanın demarkasiya prosesinə başlamaq qərarını alqışlayırıq" - Nazir

Gürcüstan Cənubi Qafqazda sabitliyi və dinc yanaşı yaşayışı qətiyyətlə dəstəkləyir, biz regionda sabitliyi və sülhü təmin etmək üçün investisiyalarımızı davam etdirməyə və konstruktiv dialoqu təşviq etməyə hazırıq.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Tbilisidə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.

"Biz Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası prosesinə başlamaq üçün sülh yolu ilə qəbul edilmiş tarixi qərarı alqışlayırıq. Ümid edirəm ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi prosesi müsbət dinamikanı saxlayacaq", - deyə Darçiaşvili qeyd edib. 

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
50
unikal.az

10Mənbələr