EN

ABŞ, Cənubi Koreya və Yaponiya KXDR-in nüvə “təhdidinə” qarşı əməkdaşlığı gücləndirəcək

ABŞ, Cənubi Koreya və Yaponiya KXDR-in nüvə “təhdidinə” qarşı əməkdaşlığı gücləndirəcək




ABŞ, Cənubi Koreya və Yaponiya bu il Şimali Koreyadan gələn nüvə “təhlükəsinə” qarşı çıxmaq məqsədi ilə tərəfdaşlıq sazişi imzalayacaq. “ABŞ, Cənubi Koreya və Yaponiya Şimali Koreyanın nüvə silahının yaratdığı təhdidlərə qarşı təhlükəsizlik üzrə tərəfdaşlıqlarını rəsmiləşdirmək üçün saziş imzalayacaqlar”, - nəşr yazır.Cənubi Koreyanın müdafiə naziri Şin Vonsik Bloomberg-ə müsahibəsində bildirib ki, o, müvafiq sənədi imzalamaq üçün tezliklə amerikalı və yaponiyalı həmkarları ilə görüşəcək. Onun sözlərinə görə, prioritet “Şimali Koreyanın nüvə və raket təhdidlərinə daha effektiv, tez və ardıcıl cavab verməyə imkan verən sistem yaratmaq” olacaq.Agentliyin məlumatına görə, sənədin ABŞ-ın növbəti prezidentinin andiçmə mərasiminə qədər imzalanması planlaşdırılır.Mənbə: Bloomberg

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
94
2
patrul.az

3Sources