AZ

ABŞ, Cənubi Koreya və Yaponiya Şimali Koreyanın nüvə “təhdidinə” qarşı əməkdaşlığı gücləndirəcək

ABŞ, Cənubi Koreya və Yaponiya bu il Şimali Koreyadan gələn nüvə “təhlükəsinə” qarşı çıxmaq məqsədi ilə tərəfdaşlıq sazişi imzalayacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

ABŞ, Cənubi Koreya və Yaponiya Şimali Koreyanın nüvə silahından gələn təhdidlərə qarşı təhlükəsizlik üzrə tərəfdaşlıqlarını rəsmiləşdirmək üçün saziş imzalayacaqlar”, - deyə yayımda bildirilir.

Cənubi Koreyanın müdafiə naziri Şin Vonsik Bloomberg-ə müsahibəsində bildirib ki, o, müvafiq sənədi imzalamaq üçün tezliklə amerikalı və yaponiyalı həmkarları ilə görüşəcək.

Onun sözlərinə görə, prioritet “Şimali Koreyanın nüvə və raket təhdidlərinə daha effektiv, tez və ardıcıl cavab verməyə imkan verəcək sistem yaratmaq” olacaq.

Agentliyin məlumatına görə, sənədin ABŞ-ın növbəti prezidenti vəzifəyə başlamazdan əvvəl imzalanması planlaşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
2
operativmm.az

3Mənbələr