AZ

Üç ölkə KXDR-in nüvə təhdidinə qarşı birləşir - “Bloomberg“

ABŞ, Cənubi Koreya və Yaponiya Şimali Koreyadan gələn nüvə təhlükəsinə qarşı tərəfdaşlıq sazişi imzalayacaq.

News365.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Qeyd edilir ki, təhdidlər artıdığı üçün sözügedən ölkələr bu il təhlükəsizlik üzrə tərəfdaşlıqlarını rəsmiləşdirmək qərarı veriblər.

Cənubi Koreyanın müdafiə naziri Şin Vonsik Bloomberg-ə müsahibəsində deyib ki, o, müvafiq sənədi imzalamaq üçün tezliklə amerikalı və yaponiyalı həmkarları ilə görüşəcək. Onun sözlərinə görə, prioritet məsələ “Şimali Koreyanın nüvə və raket təhdidlərinə daha effektiv, tez və ardıcıl cavab verməyə imkan verən sistem yaratmaq”dır.

Agentliyin məlumatına görə, sənədin ABŞ-ın növbəti prezidentinin andiçmə mərasiminə qədər imzalanması planlaşdırılır.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
2
news365.az

3Mənbələr