EN

Dörd komanda "Sabah"ın yolunu gözləyir - Sloveniyada

"Sabah"ın yay hazırlıq planı bəlli olub.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, növbəti mövsümün hazırlıqlarına iyunun 20-də Masazırda, “Bank Respublika Arena”da başlayacaq.

İyunun 24-dən 29-dək Qəbələdə hazırlıq keçəcək “Sabah”, iyulun 1-də təlim-məşq toplanışın ikinci mərhələsi üçün Sloveniyaya yollanacaq.

Çatej-ob-Savi qəsəbəsində məskunlaşacaq komanda 4 yoxlama oyunu keçirəcək. İyulun 6-da Sloveniyanın “Koper”, 10-da Serbiyanın “Çukariçki”, 13-də Ukraynanın “Krivbass”, 17-də isə bu ölkənin “Rux” (Lvov) komandası ilə qarşılaşacağıq.

"Sabah" iyulun 18-də Bakıya qayıdacaq.

Ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Sabah” mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq. Masazır təmsilçisinin Konfrans Liqasında oyunlarını iyulun 25-də və avqustun 1-də keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
113
24
sportinfo.az

10Sources