AZ

“Sabah” Konfrans Liqasına hazırlıq planını açıqladı

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünü bürünc medallarla başa vurmuş “Sabah”ın yay hazırlıq planı bəlli olub.

Arena.az xəbər verir ki, paytaxt təmsilçisi növbəti mövsümün hazırlığına iyunun 20-də Masazırda, doğma stadionunda başlayacaq.

İyunun 24-dən 29-na qədər Qəbələdə hazırlıq keçəcək “qartallar”, iyulun 1-də təlim-məşq toplanışın ikinci mərhələsi üçün Sloveniyaya yollanacaq. Çatej-ob-Savi qəsəbəsində məskunlaşacaq komanda 4 yoxlama oyunu keçirəcək. İyulun 6-da Sloveniyanın “Koper”, 10-da Serbiyanın “Çukariçki”, 13-də Ukraynanın “Krivbass”, 17-də isə bu ölkənin “Rux” (Lvov) komandası ilə qarşılaşacağıq. Komanda iyulun 18-də Bakıya qayıdacaq.

Qeyd edək ki, bu yay ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Sabah” mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq. Komanda Konfrans Liqasında oyunlarını iyulun 25-də və avqustun 1-də keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
24
arena.az

10Mənbələr