EN

FutbolSloveniya millisinin baş məşqçisi: Hesab edirəm ki, nəticə ədalətlidir

Hesab edirəm ki, nəticə ədalətlidir.

"Far.Az" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Sloveniya millisinin baş məşqçisi Matyas Kek Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində Danimarka ilə oyundan sonra deyib.

Mütəxəssis ilk hissədə rəqibə həddindən artıq hörmət göstərdiklərini söyləyib: “Çox fərqli iki hissə gördük. İlk hissədə rəqibə həddən artıq hörmət göstərdik, amma sonra daha yaxşı oynadıq. Çox yaxşı komandaya qarşı oynadıq, ancaq qol buraxdığımız epizodda sadəlövh idik. Azarkeşlər bizə inanılmaz dəstək verirlər. Çox gülər üzlər görürəm. Hətta rəqib azarkeşlər də hörmət edirlər. Bütün bunları gördüyüm üçün şadam və hər kəsə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Sloveniya və Danimarka yığmaları arasında keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. Danimarka komandasının yeganə qolunu vuran Kristian Eriksen matçın ən yaxşı futbolçusu seçilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
137
28
far.az

10Sources