AZ

Slovakiya yığmasının baş məşqçisi: Favoritlər arasında olan komandaya qarşı əla oyun keçirdik

Məyusluqdan daha çox qürur duyuram. Çünki favoritlər arasında olan komandaya qarşı əla oyun keçirdik.

"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu sözləri Slovakiya yığmasının baş məşqçisi Françesko Kalzona Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsində İngiltərəyə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

O İngiltərə yığmasına qarşı bərabər səviyyədə oynadıqlarını bildirib: "Rəqiblə eyni səviyyədə oynadıq, təəssüf ki sonda fərqli oldu. Əlavə vaxtda demək olar ki meydanın rəqibə aid olan hissəndə idik. Fəxr edirəm ki, İngiltərəni müdafiə olunmağa və nəticəni qorumaları üçün meydana əlavə müdafiəçilər buraxmalarına məcbur etdik".

Qeyd edək ki, İngiltərə - Slovakiya matçı birincilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
1
report.az

10Mənbələr