AZ

"Əldə etdiyimiz nəticənin dadını çıxarmağa çalışıram" - İsveçrə millisinin türk baş məşqçisi

Əldə etdiyimiz nəticənin dadını çıxarmağa çalışıram.

"Report" xəbər verir ki, bunu İsveçrə millisinin türk baş məşqçisi Murat Yakın İtaliyaya qarşı AVRO-2024-ün 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Türkiyə əsilli mütəxəssis vacib oyunda qalib gəldiklərini bildirib: "Çox vacib görüşdə, vacib qələbə qazandıq. Sabah bizi nə gözləyir, onu deyə bilmərəm. Hazırda qalib gələn tərəf bizik, reallıq budur. Meydanın hər qarışı uğrunda mübarizə apardıq və üstün olan tərəf idik. Lazım olan vaxtda qollar vurmağı bacardıq. Anı yaşamağı sevirəm. Əldə etdiyimiz nəticənin dadını çıxarmağa çalışıram".

Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalında İtaliyaya 2:0 hesabı ilə qalib gələn İsveçrə növbəti mərhələyə yüksəlib. Yığmanın 1/4 finaldakı rəqibi İngiltərə - Slovakiya cütünün qalibi olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
28
azpolitika.info

10Mənbələr