EN

Peru sahilində güclü zəlzələ baş verdi

Peru sahilində 6 maqnitudalı zəlzələ olub.
BUTA.TV xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib. Mərkəzin verilənlərinə əsasən, zəlzələnin episentri əhalisi 246 min olan İka şəhərindən 258 km cənub-şərqdə olub. Yeraltı təkanların ocağı 58 km dərinlikdə yerləşib.

Tələfat və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.

Chosen
122
14
buta.tv

10Sources