AZ

Peru sahilində güclü zəlzələ baş verdi

Peru sahilində 6 maqnitudalı zəlzələ olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Mərkəzin verilənlərinə əsasən, zəlzələnin episentri əhalisi 246 min olan İka şəhərindən 258 km cənub-şərqdə olub. Yeraltı təkanların ocağı 58 km dərinlikdə yerləşib.

Tələfat və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
14
bakivaxti.az

10Mənbələr