EN

“Qarabağ“ “Neftçi”yə qalib gəlib çempion oldu

AFFA U-13 Liqasında 2023/2024-cü illər mövsümünə yekun vurulub.


Sfera.az xəbər verir ki, ötən gün “ASCO Arena”da üçüncü yer uğrunda oyun və final görüşü keçirilib.


Bürünc mükafat uğrunda matçda “Vətən İOEUGFMPHŞ” üzərində 0:2 hesablı qələbə qazanan “Ulduz” kollektivi yarışı üçüncü sırada tamamlayıb.


Ardından final qarşılaşmasında “Qarabağ“ “Neftçi”yə 1:0 hesabı ilə qalib gələrək çempion olub. “Neftçi” isə gümüş medallara yiyələnib.


Oyunlardan sonra ilk üç yerin sahibləri medallar və diplomlarla təltif olunublar.

 

Firuzə Əliyeva

Chosen
82
8
sfera.az

10Sources