AZ

"Qarabağ" "Neftçi"yə qalib gəlib çempion oldu – VİDEO

AFFA U-13 Liqasının final görüşündə "Qarabağ" və "Neftçi" komandaları qarşılaşıb.

Prosport.Az-ın xəbərinə görə, "ASCO Arena"da keçirilən görüş "Qarabağ"ın qələbəsi ilə nəticələnib – 1:0.

Oyunda yeganə qolu "Qarabağ"ın hücumçusu İbrahim Rza vurub. O, 28-ci dəqiqədə başla fərqlənib. Bu qələbə ilə “Qarabağ” turnirin çempionu olub.

3-cü yer uğrunda oyunda isə "Ulduz" Futbol Akademiyası “Vətən İOEUGFMPHŞ” üzərində 2:0 hesablı qələbə qazanıb.

Oyunlardan sonra ilk 3 yerin sahibləri medallar və diplomlarla təltif olunub. Həmçinin 3 liqa üzrə futbolçular fərdi nominasiyalarla mükafatlandırılıb. AFFA U-8 Liqasında “Amasiya” klubundan Atanur Əliyev, AFFA U-9 Liqasında “AF Qrup”dan Tunar Rəşidzadə, AFFA U-13 Liqasında isə “Neftçi”dən Səid Bayramov feyr-play mükafatına layiq görülüb.

Mükafatları AFFA Elit-məşq layihəsinin rəhbəri Yunis Hüseynov, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin rəisi Yusif Vəliyev və AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov təqdim edib.

Mükafatlandırmadan olan görüntüləri təqdim edirik:
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
2
prosport.az

10Mənbələr