AZ

"Qarabağ"dan daha bir çempionluq

AFFA U-13 Liqasında 2023/2024-cü illər mövsümünə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, ötən gün “ASCO Arena”da üçüncü yer uğrunda oyun və final görüşü keçirilib.

Bürünc mükafat uğrunda matçda “Vətən İOEUGFMPHŞ” üzərində 2:0 hesablı qələbə qazanan “Ulduz” kollektivi yarışı üçüncü sırada tamamlayıb.

Ardından final qarşılaşmasında “Qarabağ“ “Neftçi”ni 1:0 hesabı ilə məğlub edərək çempion olub. “Neftçi” isə gümüş medallara yiyələnib.

Oyunlardan sonra ilk üç yerin sahibləri medallar və diplomlarla təltif olunublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
8
sportinfo.az

10Mənbələr