EN

Gəncədə iki VAZ toqquşdu- Xəsarət alan var – FOTO/VİDEO

Gəncədə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Cavad Xan küçəsi ilə Qara Qarayev küçəsinin kəsişməsində hərəkətdə olan “VAZ 21011” markalı avtomobillə “VAZ 2107” markalı maşın toqquşub.

Qəza zamanı VAZ 21011 zərbənin təsirindən yol kənarındakı ağaca çırpılıb.

Şahidlərin sözlərinə görə, hadisəyə səbəb avtomobillərdən birinin yol hərəkət qaydasını pozması olub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan “VAZ 21011”in sürücüsü xəstəxanaya aparılıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 




Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
68
48
bizim.media

10Sources