AZ

İsmayıllı-Lahıc avtomobil yolu yenidən BAĞLANDI - FOTO/VİDEO

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb.

Bizim.Media xəbər verir ki, bir neçə saat öncə ərazidə nəqliyyatın hərəkəti bərpa olunsa da, İsmayıllı-Lahıc avtomobil yolunun dağlıq ərazidən keçən digər hissəsinə də iri qaya parçaları tökülüb və yol yenidən bağlanıb.

Lahıc qəsəbəsi də daxil olmaqla, İsmayıllının bir neçə kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvə və texnikası tərəfindən qaya parçalarının yolun hərəkət hissəsindən təmizlənməsi işləri davam etdirilir.
 




Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
48
bizim.media

10Mənbələr