Bakupost.az APA -ya istinadla xəbər verir ki, ilkin məlumata görə, hadisə şəxsi münasibətlər zəmnində baş verib.
Araşdırma aparılır.
***
Sabunçu rayonunun Balaxanı qəsəbəsində 2006-cı il təvəllüdlü İmanov Rəşid Rüstəm oğlu yaşadığı kirayə mənzildə bıçaqlanaraq qətlə yetirilib.
Hadisə qəsəbənin Səməndər Rzayev küçəsində baş verib.
Yaxınlarının verdiyi məlumata görə, Rəşid İmanova boğaz nahiyəsindən arxadan bıçaq xəsarəti yetirilib.
Mərhumun aşpaz olduğu deyilir.
***
İyunun 14-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində 2006-cı il təvəllüdlü İmanov Rəşid Rüstəm oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN Mətbuat Xidmətindən Bakupost.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri görülür.
Əlavə məlumat veriləcəkdir.