AZ

Sabunçuda 18 yaşlı gənc bıçaqlanaraq qətlə yetirilib - FOTO - YENİLƏNİB-1

Sabunçu rayonunun Balaxanı qəsəbəsində 2006-cı il təvəllüdlü İmanov Rəşid Rüstəm oğlunu bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Əsədov Rəhim İsmayıl oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

APA Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə şəxsi münasibətlər zəmnində baş verib.

Araşdırma aparılır.
***
00:16

Sabunçu rayonunun Balaxanı qəsəbəsində 2006-cı il təvəllüdlü İmanov Rəşid Rüstəm oğlu yaşadığı kirayə mənzildə bıçaqlanaraq qətlə yetirilib.

APA xəbər verir ki, hadisə qəsəbənin Səməndər Rzayev küçəsində baş verib.

Yaxınlarının verdiyi məlumata görə, Rəşid İmanova boğaz nahiyəsindən arxadan bıçaq xəsarəti yetirilib.

Mərhumun aşpaz olduğu deyilir.

***
21:13

İyunun 14-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində 2006-cı il təvəllüdlü İmanov Rəşid Rüstəm oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətindən APA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri görülür.

Əlavə məlumat veriləcəkdir.

Sabunçuda Sabunçuda Sabunçuda
Seçilən
100
9
apa.az

10Mənbələr