EN

“Daşnaksütyun“un ofislərində axtarışlar aparılır, -Rəhbər şəxslər həbs edilib

"Daşnaksütyun"un bir neçə ofisində axtarışlar aparılır.

News365.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Hayastan” fraksiyasının üzvü Lilit Qalstyan məlumat yayıb. O qeyd edib ki, “Hakimiyyət əhaliyə qarşı təzyiq rıçaqlarını işə salıb, hədə-qorxu və repressiya arsenalından istifadə edir".

"Bu gün səhər saatlarından etibarən "Daşnaksütyun"un Vayk və Yeqnadzordakı ofislərində axtarışlar aparılır. Vayots Dzor strukturunun rəhbər şəxsləri isə həbs edilib. Çaxnaşma içində olan rejim öz gücünü qorumaq üçün dayanmayacaq. Baş verənlər “Partiyalar haqqında” Qanununun kobud şəkildə pozulmasıdır. Bu, açıq şəkildə "Daşnaksütyunun"a mütəşəkkil, məqsədyönlü hücumdur, bizim fəaliyyətimizə mane olmaq planıdır", -daşnak sevdalısı olan deputat qeyd edib.

Lilit həmçinin qeyd edib ki, "Repressiya və təqiblər dövlətçilik uğrunda mübarizə aparan siyasi qüvvəni, ideoloji şəxsləri susdura bilməz. Siz uğur qazana bilməyəcəksiniz!”.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
60
4
news365.az

6Sources