AZ

"Daşnaksütyun" partiyasının ofislərində axtarışlar aparılır, saxlanılanlar var

“Daşnaksütyun” partiyasının Yeqnadzor və Vayots Dzordakı nümayəndəliklərində aparılan axtarışlar nəticəsində azı 10 nəfər saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə erməni jurnalistlərə partiyanın nümayəndəsi İşxan Saqatelyan məlumat verib.

Bildirilib ki, "Daşnaksütyun" nümayəndələri arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi "Vətən naminə Tavuş" etiraz aksiyasında fəal iştirak edirlər. 

İşxan Saqatelyan qeyd edib ki, sosial şəbəkələrdə mənşəyi naməlum məlumatlar yayılıb: “Bu məlumatlarda vətəndaşlara etiraz aksiyalarında iştirak etmək üçün rüşvət təklif edilməsi iddia olunur”.

Qeyd edilib ki, bu iddialar əsasında istintaq orqanları  "Daşnaksütyun" partiyasına qarşı cinayət işi açıb, təhqiqat işlərinə başlanılıb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
4
bizim.media

6Mənbələr